Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır.
== Ümumi məlumat ==
Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.